Azərbaycan

Azərbaycan Respublikası — Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində yerləşən dövlət. Şimaldan Rusiya və Gürcüstan, qərbdən Ermənistan və Türkiyə, cənubdan isə İran ilə həmsərhəddir.

Ərazi: 86 600 km²

Əhali: 9 611 000 nəfər

Rəsmi Dil: Respublikanın rəsmi dili Azərbaycan dilidir

Azərbaycanın paytaxtı – 2 milyondan artıq əhalisi olan Bakı şəhəri Abşeron yarımadasının cənub-qərbində, Xəzər dənizinin sahilində yerləşir.

 

İQLİM

Ölkənin relyefi kimi iqlim şəraiti də çox müxtəlifdir. Yer kürəsində mövcud olan 13 iqlim tipindən 9-u Azərbaycandadır.Ərazisi mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir.. İlin ən soyuq ayında düzənlik və dağətəyi ərazilərdə havanın orta aylıq temperaturu 0 °C-dən aşağı düşmür. Abşeron yarımadası və ondan cənubda yerləşən ərazilərdə  3-4 °C təşkil edir. Yüksəklik artdıqca havanın temperaturu azalır və dəniz səviyyəsindən 2000 m yüksəklikdə -5-6 °C, 3000 m-də isə o təqribən -12-13 °C-dir.

DİN

Azərbaycanda müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmış din islam dinidir. Azərbaycanlıların ortalama 95%-i müsəlmandır, Azərbaycan dünyəvi dövlətdir və dini azadlığı təmin edir.

 

 

TARİXİ ABİDƏLƏR

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən mağara kompleksidir. Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur.

Şəki xan sarayı — Şəki şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər "Divanxana" adlanmışdır. Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən burada şəhər məhkəməsi yerləşdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

Şirvanşahlar sarayı — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib

Qız Qalası - Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Atəşgah - Od məbədi olan "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. "Atəşgah" XVII-XVIII əsrlərdə təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş od məbədidir.

Qobustan Qoruğu - Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.

Bayıl qalası – Bakının Bayıl burnu yaxınlığına yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsi. Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur.

 

MÜALİCƏVİ YERLƏR

Naxçıvan Duz dağı - Naxçıvan Respublika Fizioterapiya xəstəxanası Naxçıvan Duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. Naxçıvan şəhərindən 14 km aralıda yerləşir. Duz dağının qalınlığı 8,2 metr; Duzdağ duzunun tərkibi: NaCI - 98,4%; CaCI - 0,04% MqCI - 0,06%-dir. Xəstələr şaxtada olduqda temperatur 0-50C, nisbi rütubət isə 5-10% arta bilər. “Duzdağ” Otel Fizioterapiya  Mərkəzində aşağıdakı xəstəliklər müalicə olunur:

•           Predastma                                               

•           Bronxial astma I mərhələ, infeksion-allergik və atopik formalı yüngül, orta ağır dərəcəli

•           Bronxial astma I mərhələ, tənəffüs çatişmamazlığı l-ll mərhələ, ürək çatışmamazlığı I mərhələ.              

•           Bronxial astma I mərhələ, yanaşı xroniki qeyri-obstruktiv bronxit və xroniki pnevmoniya l-ll mərhələ  (remissiya fazası).

•           Xroniki bronxit astmatik komponentlə remissiya fazası.

•           Allergik rinosinusopatiyalar.

•           Pollinozlar. 

Naftalan Nefti — Naftalan mürəkkəb fiziki–kimyəvi tərkibə malik olub, qətranlı, az kükürdlü, parafinsiz neft məhsuludur və tərkibində sənaye neftlərindən fərqli olaraq benzin, kerosin, liqroin kimi yüngül fraksiyalar yoxdur. Naftalan sağlamlıq mərkəzində aşağıdakı xəstəliklər müalicə olunur:

•           Sümük - əzələ sistemi xəstəlikləri

•           sinir xəstəlikləri

•           damar xəstəlikləri

•           Dəri xəstəlikləri

•           Ginekoloji xəstəliklər

•           Xroniki prostatitlər