; <>Şenqen ölkələrinə Viza dəstəyi
Şengen viza məlumat vərəqəsi
Sənədlər yalnız tam şəkildə qəbul edilir. Qalma müddəti 3 aydan aşağı olan Şengen vizasına baxilma müddəti bir qayda olaraq 5 - 7 iş günlərini əhatə edir. Məsləhət görürük ki, sənədlərinizi tam şəkildəsəyahətinizin başlanğıcından ən azi bir həftə öncə təqdim edəsiniz. Səfirlik heç bir turizm agentliyi ilə əməkdaşlıq etmir. Sənədlər bir qayda olaraq şəxsən təqdim olunmalıdır.
Viza almaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Vizanın bitdiyi vaxtdan sonra ən azı 3 ay etibarlı və ən azı 2 boş səhifəsi olan xarici pasport
2. Şəkil olan səhifə (səh. 3 - 4) və əvvəlki Şengen vizaları, ştampları və qeydləri olan səhifələrin surəti
3. Şəxsiyyət vəsiqəsi + ön və arxa səhifələrin surəti
4. Azərbaycan vətəndaşı olmayan şəxslər üçün: vizanın bitdiyi vaxtdan sonra ən azı 3 ay etibarlı olan Azərbaycan üçün yaşayış icazəsi + ön və arxa səhifələrin surəti
5. Ingilis dilində tam şəkildə doldurulmuş və şəxsən imzalanmış 1 ədəd ərizə forması
6. Ərizə formasının üzərinə yapışdırılmaqla 1 ədəd biometrik pasport şəkli (6 aydan köhnə olmamalı)
7. Səfərin müddəti və bütün Şengen dövlətləri üçün etibarlı və sığorta ödənişinin maksimal həddı 30.000 avro və ya 50.000 ABŞ dolları olan səyahət sığortası + surəti
8. 35 Avro viza rüsumu (12 yaşdan kiçik olan uşaqlar üçün ödənilmir)
Səfər məqsədinin təsdiqi:
Aşağıda göstərilən məlumatları əks etdirən mehmanxana sifarişinin təsdiqi, əsli və ya faksla göndərilmiş:
- Ad, soyad və qalacağınız müddət
- Əvvəlcədən sifariş olunmuş proqram (məsələn:ekskursiya yaxud gəzinti)
Səfirlik vizanın rəsmiləşdirilməsindən əvvəl aviabiletin alınmasını məsləhət görmür!
Nigah haqqında şəhadətnamə və azyaşlı uşaqların doğum haqqında
şəhadətnamələri əsli + surəti
Yetkinlik yaşına çatmış uşaqların şəxsiyyət vəsiqələrinin surəti
Maliyyələşdirilmənin təsdiqi :
Bankdan arayış və maliyyə vəsaiti haqqında bank hesabından çıxarışlar yaxud son 3 ay müddətində kredit kartı ilə ödəmələr aqqında çıxarış
Yaşadığınız dövlətə geri qayıdacağınızı sübüt edən sənədlər :
Aşağıdakı məlumatları əks etdirən iş yerindən arayış: əsli+surəti :
İşəgötürənin ünvanı və telefon nömrələri
Firmada icra etdiyiniz vəzifə, məvacib, işə qəbul edilidiyiz tarix
yaxud
Sahibi olduğunuz şirkətinizin dövlət qeydiyyatı sənədi və VOEN şəhadətnaməsi:əsli+surəti
Daşınmaz əmlaka (ev, torpaq sahəsi) sahibliyinizi təsdiq edən sənədlər: əsli +surəti
Tələbələr tələbə bileti və tələbə olmaq haqqında arayış, təqaüdçülər isə təqaüd haqqında arayışı təqdim etməlidirlər.