Sığorta

Səyahət Sığortası - Xarici ölkələrə səyahət zamanı sağlamlığınızla bağlı olaraq ortaya çıxa biləcək bədbəxt hadisə, tibbi xərc və digər riskləri zəmanət altına alır.
Səyahət üçün xarici bir ölkəni seçmisiniz. Ölkə, səyahətin müddəti, qalacağınız mehmanxananı müəyyənləşdirmisiniz. Əgər daha ehtiyatlısanızsa, səfər edəcəyiniz ölkənin coğrafi şəraiti, səyahət müddətində hava haqqında məlumatı öyrənərək əvvəlcədən geyimlərinizi də çantanıza qoymusunuz. Hətta xərcləyəcəyiniz pulun miqdarı da bəllidir. Amma gözlənilməz hadisə nəticəsində Sizin sağlamlığınıza xələl gələ bilər ki, bu da bütün bu planlarınızı alt-üst edər. Sizə unutduğunuz, səyahət zamanı sağlamlığınıza dəyən zərərləri qarşılaya bilən Səyahət sığortası şəhadətnaməsini təklif edirik.

Bu sığorta növü ilə nələr sığorta olunur?

Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin:

  • tibbi (ambulator və stasionar) xidmətlər üzrə xərclər
  • tibbi daşınma/evakuasiya və repatriasiya
  • təcili stomatoloji müalicə
  • hüquqi yardım ilə əlaqədar çəkdiyi xərclər sığorta məbləği həddində ödənilir

Xarici ölkələrə səfər edən şəxslər özlərini və ailə üzvlərini bu sığorta növü ilə sığorta etdirə bilərlər.Siz dünyanın istənilən ölkəsində vaxtında yardım alacaqsınız.